İngiltərədə energetik içkilərin satışına məhdudiyyət qoyulacağı gözlənilir

0
Enerji içkisi

Ölkənin Səhiyyə naziri Mett Hənkokun hazırladığı qanun layihəsinə əsasən, tərkibində izafi şəkər və kafein olduğuna görə energetik içkilərin 16 yaşadək yeniyetmələrə satışının qadağan olunacağı gözlənilir. Nazir bildirib ki, bu plan hökumətdə və işgüzar dairələrdə mübahisə yarada bilər.

“Ancaq uşaqlarda piylənmənin qarşısını almaq üçün hökumət, tərkibində şəkər olan içkilərin satışına müdaxilə etməlidir. Uşaqlara energetik içkilərin satılmasına qadağa qoyulması bu sahədə atılacaq əhəmiyyətli bir addım ola bilər”, – deyə nazir bildirir.

Temza çayı, London


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Səhiyyə nazirinin mövqeyini İngiltərə ictimaiyyəti razılıqla qarşılayıb. Nazirin bu addımının İngitərədə maraqla gözlənilən Baş nazir seçkilərinə təsir göstərəcəyi də istisna edilmir. Tereza Meyin istefasından sonra Baş nazir vəzifəsinə real namizədlərdən olan Boris Conson tərkibində şəkər və kofein olan içkilərə, eləcə də alkoqollu içkilərə tətbiq edilən vergiləri artıracağını bildirmişdi.