14 C
Baku
Çərşənbə, May 25, 2022

İngiltərədə gələn həftə koronavirusa qarşı əksər məhdudiyyətlər ləğv ediləcək

İngiltərədə gələn həftə koronavirusa qarşı əksər məhdudiyyətlər ləğv ediləcək.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Bu qərar yalnız İngiltərəyə aiddir. Böyük Britaniyanın qalan hissəsində məhdudiyyətlər məsələsi London deyil, yerli hakimiyyət orqanları tərəfindən tənzimlənir.

Belə ki, yanvarın 26-dan sonra “peyvənd pasportu”, ictimai yerlərdə maska ​​taxmaq və distant işə keçmək tələbi tətbiq edilməyəcək.

Conson Britaniyada 60 yaşdan yuxarı insanların 90%-dən çoxunun peyvəndin gücləndirici dozalarını qəbul etdiyini söyləyib.

Ekspertlər virusun yayılma dalğasının ölkə səviyyəsində pik həddinə çatdığını düşünürlər.

 

 

Son xəbərlər
Oxşar xəbərlər