26 C
Baku
Cümə, Sentyabr 17, 2021

İngiltərənin fintex-startapı $15 mlrd. qiymətləndirmə ilə Avropada ən bahalı “təkbuynuzlu” olub

Screen Shot 2021 09 02 at 14.34.20

Böyük Britaniyanın “Checkout.com” ödəniş sistemi “Tiger Global Management” və mövcud investorlardan 450 milyon dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Onlar arasında Yuri Milnerin “DST Global”, habelə “Insight”, “Coatue”, “Greenoaks Capital” fondları var.

Startapın dəyəri 15 milyard dollara yüksəlib və altı ayda təxminən üç dəfə artıb. Hazırda o, dünyanın dördüncü ən böyük fintex şirkəti və Avropanın ən bahalı “təkbuynuzlu”sudur. Qeyd edək ki, “Checkout.com” Londonda 2012-ci ildə qurulsa da, ilk investisiyasını 2019-cu ildə cəlb edib – 230 milyon dollar.

Şirkət müxtəlif ödəmə əməliyyatları üçün vahid platforma inkişaf etdirib, məsələn, əməliyyatların qəbul edilməsi, işlənməsi və saxtakarlığın aşkarlanması. “Checkout.com” maliyyə tərəfdaşlığı üçün ən çox inteqrasiya etmiş məhsul yaratmağa çalışır.

Startap Avropa, ABŞ, Çin, Avstraliya, Sinqapur, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərir. Gələcəkdə “Checkout.com” Hindistan və Filippin bazarına çıxmağı planlaşdırır. Cəlb edilən vəsait ABŞ-da Nyu-York və Denverdə iki ofis açmaq üçün istifadə ediləcək.

“Checkout.com”un yaradıcısı və rəhbəri Guillaume Pausdur. 2020-ci ilin yanvarında şirkətdə 440 nəfər çalışıb, ilin sonunda isə onların sayı 1000 nəfəri keçib. 2021-ci ildə “Checkout.com” daha 700 işçi götürməyi planlaşdırır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər