İngiltərənin premium avtomobil markası elektromobillər istehsal edəcək

İngiltərənin premium avtomobil markası olan “Aston Martin” 2025-ci ildə elektrikli nəqliyyat vasitələrinin istehsalına başlayacaq.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru milyarder Lourens Stroll “Financial Times”a bildirib.

Onun sözlərinə görə, akkumulyatorlu “sport car”lar “Aston Martin” şirkətinin Gaydondakı zavodunda, Seynt Atane (Uels) müəssisəsində isə SUV-lar yığılacaq. Ümumilikdə İngiltərə 2030-cu ilə qədər benzin və dizel avtomobillərinin satışını tamamilə dayandırmağı planlaşdırır. Lakin “Aston Martin” onları bu tarixdən sonra da istehsal etməyə davam edəcək, deyə Stroll söyləyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.