Böyük Britaniya hökuməti 2021-ci ildə ölkəyə şəxsiyyəti təsdiq edən plastik kartlarla girişi qadağan etməyi planlaşdırır.
Banker.az “Radiosputnik”ə istinadən xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Qeyd edildiyi kimi, bu kimi ID-kartların istifadəsi ümumilikdə qadağan ediləcək, xüsusilə Avropa İttifaqı vətəndaşları üçün.
Bunun əsas səbəbi kimi bu növ sənədlərin saxtalaşdırlıması hallarının artması göstərilir. Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi 2020-ci il 31 dekabr tarixində başa çatıb.







