24 C
Baku
Monday, July 1, 2024

İngiltərə bankı əhaliyə xəbərdarlıq etdi

Britaniya Mərkəzi bankı ölkə vətəndaşlarına belə bir xəbərdarlıq etmişdir ki, ipoteka kreditləri üzrə faiz dərəcələri artdığı bir halda bir çox vətəndaşlar ya qənaət etməli, ya da əlavə gəlir mənbələri tapmalıdırlar.

İngiltərə bankı ölkə iqtisadiyyatının vəziyyətini qiymətləndirən rüblük bülleten nəşr etmişdir. Analitiklər öz hesabatlarında ipoteka kreditləri üzrə faiz dərəcələrinin artması mövzusuna toxunmuş və ölkənin ipoteka krediti variantında vəziyyətin inkişafı ilə bağlı bir neçə varinatlar təklif etmişlər.

İngiltərə bankı 2009-cu ildə ölkədə faiz dərəcələrini 0,5%-ə endirmişdi. Britaniya Mərkəzi bankının analitiklərinin qiymətləndirməsinə əsasən ölkədə əvvəl axır baş verəcək faiz dərəcələrinin 3%-ə qədər artımı zamanı bir çox vətəndaşlar əziyyət çəkməli olacaq.

Bu baş verdiyi halda ipoteka krediti ödəməyə davam edən 11 milyona qədər britaniyalı ailələrin üçdə biri öz xərclərini azaltmalı, yaxud daha artıq işləməlidirlər.

Ən ekstremal vəziyyətdə, faiz dərəcələri artırıldığı halda beləvətəndaşların əmək haqqları artıırlmayacaq və onlar qənaət etməyə məcbur olacaqlar. Analitiklərin qiymətləndirməsinə görə, faiz dərəcələri 2015-ci ilin ortalarına yaxın qalxmağa başlayacaq və 2017-ci ilin sonunda 2%-lik həddi keçəcək.

Son xəbərlər
Digər xəbərlər