İngiltərə bankı ipoteka kreditləşməsinə dəstək məbləğini azaltmağı və bankları kiçik biznesi kreditləşməyə məcbur etməklə bağlı planlarını elan etdi. Belə bir məlumat ildə iki dəfə nəşr edilən Mərkəzi Bankın hesabatında yer almışdır. Qərar ölkədə daşınmaz əmlak qiymətlərinin sürətli artımı ilə bağlı narahatlıqlar ilə əlaqədar verilmişdir. Bu ölkədə vəziyyəti gərginləşdirməkdədir və əgər bu belə davam edərsə həm bank sektoru, həm də borcalanlar zərər görəcək.
İngiltərədə hazırda xüsusi zəifliyi kiçik və orta biznes yaşayır, buna görə də tənzimləyicilər məhz bu sektorun kreditləşməsinin stimullaşdırılmasına diqqət ayırırlar. İngiltərə bankı belə hesab edir ki, son nəticədə bu bütün iqtisadiyyatın yaxşılaşmasına kömək edəcək.
Bununla yanaşı bankın ekspertlərinin gümanlarına görə, ipoteka kreditləşməsi qiymətlərin artımına səbəb olur.
Oktyabr ayında ipoteka kreditləşməsinin ümumi həcmi ölkədə maksimal həddə çataraq 9,9 milyard funt olmuşdu.