21 C
Baku
Tuesday, October 8, 2024

İngiltərə Bankı faiz dərəcəsini 0,75% səviyyəsində saxlayıb

İngiltərə Bankı, cümə axşamı günü keçirilmiş toplantıda faiz dərəcəsini 0,75% səviyyəsində saxlamaq qərarına gəlib, bu haqda tənzimləyici xəbər verir.

Banker.az xəbər verir ki, İngiltərə Bankı həmçinin 435 milyard funt sterlinq həcmində səhm paketini satın aldığını bir daha təsdiq etmişdir. Qərarlar Reuters tərəfindən sorğulanan analitiklərin gözləntilərinə tam olaraq üst-üstə düşüb.

2018-ci ilin avqustunda ingilis tənzimləyicisi 2017-ci ilin noyabr ayından etibarən ilk dəfə olaraq, faiz dərəcəsini 0,5%-dən 0,75%-ə qədər artırmışdır.

İngiltərə Bankı 2019-2021-ci il aralığı üçün ÜDM-un artım proqnozunu artırıb.

2019-cu il proqnozu 1,2%-dən 1,5%-ə qədər yaxşlılaşdırılıb. 2020-ci ildə ölkə iqtisadiyyatının artımı 1,6% səviyyəsində olacağı gözlənilir. Tənzimləyici də 2012-ci il üçün ÜDM-un artım proqnozunu 1,9%-dən 2,1%-ə qədər yaxşılaşdırıb.

Son xəbərlər
Digər xəbərlər