15 C
Baku
Saturday, October 19, 2024

İngiltərə Bankı III Çarlzın təsviri olan əsginaslardan $1.17 mln. qazanıb

İngiltərə Bankı “Spink & Sons” hərrac evi ilə birlikdə kral III Çarlzın təsviri olan yeni əsginasların satışından ümumilikdə 914.127 min funt sterlinq (1.17 milyon dollar) gəlir əldə edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mərkəzi Bankın açıqlamasında deyildiyi kimi, hərraclar zamanı əsginaslara rekord qiymət qoyulub – 50 funt sterlinq nominalında olan əsginas 26 min funt sterlinqə satılıb.

Toplanmış vəsaitlər 10 xeyriyyə təşkilatına, o cümlədən “The Childhood Trust” (imkansız ailələrdəki uşaqlara yardım edir), “Shout” (psixoloji problemləri olan insanlara kömək edir) və “Air Ambulance Charity”yə (təcili yardım həkimlərinin vertolyotla uçuşunu təmin edir)  bağışlanacaq.

Qeyd edək ki, III Çarlzın təsviri olan əsginaslar Böyük Britaniyada bu ilin iyun ayında dövriyyəyə buraxılıb. Eyni zamanda, II Elizabetin portreti olan əsginaslar qanuni ödəniş vasitəsi olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər