İngiltərə Bankı korporativ istiqrazların alışı proqramını 20 milyard funt sterlinqə (24.7 milyard dollar) qədər artıracaq.
Banker.az bu barədə “vesti.ru”ya istinadən xəbər verir.
Mərkəzi Bank “bu satınalmaları 2016-cı il ilə müqayisədə daha sürətli templə etməyi planlaşdırır”, – İngiltərə Bankı cümə axşamı bildirib.
Xatırladaq ki, mart ayında İngiltərə Bankı baza faiz dərəcəsini rekord səviyyəyə – 0,1%-ə endirdi. Tənzimləyici həmçinin istiqrazların alışı proqramını 200 milyard funt sterlinqdən 645 milyard funt sterlinqə qədər genişləndirib.
İngiltərə Bankı bu proqrama 7 aprel tarixindən başlayaraq həftədə üç dəfə keçirilən auksionlar vasitəsilə korporativ istiqrazların alışını artırmağa başlayacaq.