25 C
Baku
Sunday, June 16, 2024

İngiltərə bankı plastikdən 20 funtluq banknot yaradacaq

Tənzimləyicinin verdiyi məlumata görə, İngiltərə bankı 20 funtluq banknotların növbəti seriyasını polimer material ilə çap edəcək.

Həmçinin verilən məlumatda deyilir ki, növbəti 20 funtluq banknotlar polimerdən, yəni daha təhlükəsiz, daha davamlı və təmiz materialdan çap edəcək.

Bank 2013-cü ilin dekabr ayında elan etdiyinə görə, 5 və 10 funt sterlinqli banknotların növbəti seriyası polimerdən hazırlanacaq. Üzərində Winston Churchill-in təsviri olan 5 funt sterlinqli banknotlar 2016-cı ilin payızında, Jane Austen təsvirli 10 funt sterlinq isə 1 il sonra dövriyyəyə buraxılacaq.

Şotlandiyada 5 funt sterlinqli yeni polimer banknotlar mart ayında dövriyyəyə buraxılıb. Bu banknotların üzərində şotlandiyalı mühəndis ser William Arrol-un təsviri yer alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər