24 C
Baku
Thursday, October 10, 2024

İngiltərə hökuməti işləyə bilməyən vətəndaşlarının maaşlarının 80%-ni ödəməyə başlayacaq

İngiltərə hökuməti koronavirus pandemiyasına görə, işləyə bilməyən vətəndaşlarının maaşlarının 80%-ni ödəməyə başlayacaq.

“Məşğulluğun Mühafizəsi Planı”na əsasən, ödənişlərin yuxarı həddi 2 500 funt sterlinq olacaq.

“Bu gün saatda 450 min müraciəti emal edə bilən onlayn tətbiq istifadəyə verilib. Vətəndaşların müraciətləri bu tətbiq vasitəsi ilə qeydiyyata alınır və bununla da onlar 6 gün sonra pullarını ala bilmək imkanını əldə edirlər”, – deyə maliyyə naziri Rişi Sunak bildirib.

©Report

Son xəbərlər
Digər xəbərlər