9 C
Baku
Thursday, December 12, 2024

İngiltərə höküməti vətəndaşlardan ofislərinə qayıtmalarını istəyib

İngiltərə Xəzinədarlığının baş katibi Stefen Barkli karantin rejiminə son qoyulmasının lazım olduğunu açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkə, vətəndaşlardan iqtisadiyyatın “normallaşmasına” kömək etmək məqsədilə ən qısa müddətdə ofislərinə qayıtmalarını istəyib.

“Biz insanları ofislərinə qaytarmaq istəyirik. İnanırıq ki, bu, iqtisadiyyatı normal həyata qaytarmağın ən yaxşı yolu olacaq”, – deyə məmur söyləyir.

Barkli iaşə müəssisələri tərəfindən görülən işlərdən “təsirlənib”. Onun fikrincə, digər şirkətlər də eyni səylər göstərməlidirlər.

“Karantinin əsas məqsədi işçilərlə müəssisə arasındakı əlaqəni kəsməmək və pandemiya bitdikdən sonra insanları işlərinə qaytarmaqdır. Buna görə hər şeyin bu şəkildə baş verməsini istəyirik. Ancaq bu, şirkətlə işçilər arasında müzakirə olunmalı bir məsələdir.

Barkli qeyd edir ki, o, işçilərin bir hissəsinin distant işləməyə davam etdirməsinə qarşı deyil. “Pandemiyanın nəticələrindən biri də insanların fərqli rejimdə işləməyə başlamaları olacaq. Texnologiyalar və səmərəliyi artırmaq üçün onlardan necə istifadə etdiyimiz – bu çox yaxşıdır”, – məmur əlavə edir.

Karantinin sona çatmasının mümkünlüyünə şərh bildirən Adam Marshall (İngiltərənin Ticarət Palatasının rəhbəri) qeyd edib ki, ölkə rəhbərliyi məhdudiyyətlərin ləğvi üçün müvafiq şərtlər hazırlamalıdır.

“O vaxta qədər valideynləri işləyən uşaqlara tam qayğı göstərmək üçün məktəblər artıq açıq olmalıdır. Bundan əlavə, ictimai nəqliyyatın tutumunu lazımi səviyyəyə çatdırmaq lazımdır ki, mərkəzdə çalışan insanlar ora çata bilsinlər”, – Adam Marshall söyləyir.

Bununla yanaşı, hökumət “sakit və ardıcıl bir şəkildə, faktlara əsaslanaraq” insanlara nə zaman işə qayıda biləcəklərini izah etməlidir.

Son xəbərlər
Digər xəbərlər