25 C
Baku
Friday, April 19, 2024

İngiltərə işsizləri altı aylıq pulsuz internetlə təmin edəcək

İngiltərə işsizləri iş tapmaq üçün altı aylıq pulsuz internetlə təmin edəcək.

Banker.az xəbər verir ki, bu proqram Əmək və Pensiya Nazirliyi ilə telekommunikasiya operatoru “TalkTalk”ın birgə layihəsidir.

COVID-19 pandemiyası təkcə İngiltərədə deyil, dünyanın bir çox ölkələrində işsizliyin artmasına səbəb olub. Bununla əlaqədar olaraq, hökumət gəliri olmayan insanlara iş tapmaqda kömək etmək istəyir. Onlara “TalkTalk”dan genişzolaqlı, aylıq ödənişi 23 avro təşkil edən internet təklif olunacaq. Altı ay bitdikdən sonra istifadəçi ya tarif planını ləğv edə, ya da ödənişli əsaslarla istifadə etməyə davam edə bilər.

Əmək və pensiya naziri Mims Devisin dediyi kimi, “biz iş axtaranlara rəqəmsal imkanlar da daxil olmaqla hər növ dəstək vermək istəyirik”.

Bu, İngiltərənin işsiz insanlara dəstək verən ilk təşəbbüsü deyil. Məsələn, daha əvvəl ingilis mobil operatoru “Vodafone” istifadəçinin altı ay ərzində 5G şəbəkəsindən limitsiz istifadə xidmətini təklif edib.

Son xəbərlər
Digər xəbərlər