11 C
Baku
Monday, November 25, 2024

İngiltərə koronavirus məhdudiyyətlərini ləğv edir

İngiltərənin Baş naziri Boris Conson bu gün, fevralın 21-i bütün koronavirus məhdudiyyətlərinin ləğv edildiyini elan edəcək.

Banker.az xəbər verir ki, qərar fevralın 24-ü qüvvəyə minəcək.

İngiltərənin hökumət başçısı COVID-19-a yoluxmuş şəxslər üçün məcburi özünütəcrid rejimini ləğv etmək, habelə dövlət xərclərini azaltmaq və insanları “normal həyata” qaytarmaq üçün əhalinin kütləvi testlərin keçirilməsini dayandırmaq niyyətindədir. Vurğulanır ki, pulsuz PCR testləri yalnız 80 yaşdan yuxarı vətəndaşlar üçün əlçatan olacaq. Artıq məktəblilər həftədə iki dəfə test verməli olmayacaq.

İngiltərədə bir çox koronavirus məhdudiyyətləri hələ 2021-ci ilin iyul ayında ləğv edilmişdi, lakı yeni “omikron” ştamının sürətlə yayılması səbəbindən ictimai yerlərdə maskaların taxılması yenidən qüvvəyə gətirilmişdi.

Eyni zamanda Boris Conson qeyd edir ki, COVID-19 həssas və peyvənd olunmamış vətəndaşlar üçün “təhlükəli xəstəlik olaraq qalır”.

 

Son xəbərlər
Digər xəbərlər