7 C
Baku
Sunday, December 15, 2024

İngiltərə “Nvidia” və “Arm” arasında bağlanan 40 mlrd. dollarlıq müqaviləyə müdaxilə edəcək

İngiltərənin rəqəmsal texnologiyalar, mədəniyyət, KİV və idman departamenti “Nvidia” və “Arm” şirkətləri arasında bağlanan 40 milyard dollarlıq müqaviləyə müdaxilə edəcəyini bildirib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Departament rəhbəri Oliver Douden ölkənin “inkişaf edən texnologiya sənayesini” dəstəkləmək istədiyini və xarici investisiyaları alqışladığını, lakin bu müqavilənin ölkənin milli təhlükəsizliyini təhdid edib-etmədiyini yoxlamaq lazım olduğunu söyləyib.

Rəqabət və Bazarlar İdarəsi (CMA) 2021-ci il 30 iyul tarixinə qədər bütün müqavilələr barədə hesabat hazırlayacaq.

Xatırladaq ki, “Nvidia” və “Arm” arasında 2020-ci ilin sentyabrında 40 milyard dollarlıq müqavilə bağlanıb. Requlyatorların təsdiqini almaq üçün tərəflər 18 ay vaxt sərf etməyi gözləyiblər.

Fevral ayının əvvəlində “Financial Times” İngiltərə və Avropa Birliyinin rəqiblərin istəyi ilə müqavilə ilə bağlı araşdırmaya başlayacağını yazıb. Onlar müqavilədən sonra “Nvidia”nın xoşagəlməz şərtlər irəli sürməsindən, “Arm”ın isə müstəqilliyini itirməsindən qorxurdular.

“Qualcomm”, “Google” və “Microsoft” da həmçinin müqaviləyə qarşı çıxıblar. “Arm” şirkətinin baş direktoru German Hauzer “Arm-ı xilas edin” kampaniyasında başlayıb və İngiltərənin baş nazirinə məktub yazıb. Məktubda o bu müqavilənin ölkədəki məşğulluq səviyyəsinə, şirkətin biznes-modelinə və İngiltərənin gələcək iqtisadi müstəqilliyinə təsir göstərəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər