İngiltərə öz ərazisində “Binance” kriptobirjasının fəaliyyətini qadağan etdiyini açıqlayıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Maliyyə Fəaliyyətinə Nəzarət İdarəsinin (FCA) tələbinə görə, şirkət İngiltərədəki reklam və promoaksiyalarını 30 iyun tarixinə qədər dayandırmalıdır.
Eyni zamanda “Binance” rəsmi saytında və sosial şəbəkələrdə İngiltərədə fəaliyyət göstərmədiyini bildirməlidir. Şirkət İngiltərədə ənənəvi valyuta əməliyyatlarını həyata keçirmək üçün lisenziyaya malikdir. “Financial Times”ın mənbələrə və ictimai sənədlərə istinadən qeyd etdiyi kimi, kriptobirja ölkədə kriptovalyuta əməliyyatlarını aparmaq üçün xüsusi şöbə açmağı planlaşdırırdı.
Tənzimləyicinin bu qərarının səbəbləri məlum deyil. “Binance” bunu veb-saytına təsir etməyəcəyini, “Binance Markets”in isə İngiltərə bazarında hələ mövcud olmadığını bildirib.