İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Avocado İnformation Technology Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini qeydiyyata alıb.
Banker.az xəbər verir ki, yeni şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Mandzvheev Sergei-dir.
Bu nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov, ev.23 m.46. ünvanıdır.