İngiltərə hökuməti koronavirus pandemiyası səbəbindən karantin tədbirləri çərçivəsində başladılan və səyahəti məhdudlaşdıran qırmızı ölkələr sıyahısından Türkiyəni çıxarıb.
Türkiyə də daxil olmaqla on ölkə üzərində qoyulan qadağa ləğv edilib.
Qərar oktyabrın 4 -dən qüvvəyə minəcək.
Bununla da Türkiyədən İngiltərəyə səyahət edən və ya İngiltərədən Türkiyəyə gedib qayıdanlar 10 günlük karantində qalmayacaq.