19 C
Baku
Thursday, May 2, 2024

İngiltərədə inflyasiya son 10 ayda ilk dəfə sürətlənib

İngiltərənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir ki, Böyük Britaniyanın istehlak qiymətləri dekabr ayında illik müqayisədə 4% artıb. İnflyasiya son 10 ayda ilk dəfə sürətlənib.

İngiltərədə istehlak qiymətləri dekabrda əvvəlki ayla müqayisədə 0.4% artıb. Noyabrda qiymətlər aylıq 0.2% azalıb.

Ərzaq, spirt, tütün və enerji istisna olmaqla qiymətlər (əsas inflyasiya, CPIindeksi) noyabr ayı ilə müqayisədə 0.6%, illik ifadədə isə 5.1% artıb. Bir ay əvvəl birinci göstərici 0,3% azalıb, ikinci göstərici 5.1% artıb.

Dekabrda pərakəndə satış qiymətlərində artım (RPI indeksi) bir ay əvvəlki 5.3%-dən illik ifadədə 5.2%-ə qədər yavaşlayıb. Bu göstərici Britaniya işəgötürənləri tərəfindən maaşlarla bağlı danışıqlar zamanı istifadə olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər