9 C
Baku
Friday, December 13, 2024

İngiltərədən gətirilən bu məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyuldu

İngiltərənin Somerset dairəsində süngərvari ensefalopatiya xəstəliyi qeydə alınıb.

Banker.az Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən xəbər verir ki,  Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə, İngiltərənin Somerset dairəsindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər