7 C
Baku
Thursday, December 12, 2024

İngiltərədən “self-employed” nümunəsi [bloq]

‘Self-employed’ – şəxsin özünə məşğulluğu deməkdir. Yəni fərdi sahibkar şəxs özünə işləyir. Belə formada işləyən şəxslər öz biznesinin idarəedilməsinə görə, onun bankrot olmasına özü cavabdehdir. Nə vaxt və hansı müddət ərzində işini yerinə yetirəcək, nə qədər müştərisi olacaq, özünə kömək üçün əlavə şəxsləri, işin aparılması üçün avadanlıqların cəlb edilməsi, gəlirlərini, xərclərini uçotunu özü aparır. Ətraflı https://www.gov.uk/working-for-yourself

Əsas məqamlardan biridə ödədiyiniz vergilərin 40 faizini ilin sonunda geri ala bilərsiniz.  Bu da o deməkdir ki,  40 faizi vergi orqanı vergi ödəyicisinin müraciəti əsasında ona qaytarır.

Əgər şəxsin gəliri 85 000 funt sterlinqi  (181 min manatı) keçirsə o ƏDV qeydiyyatına durmalıdır. Burada bir məqam var ki, əgər satdığınız mallar vergidən azaddırsa bu halda gəliriniz 85 min funt sterlinqi keçsə belə ƏDV uçotunda durmağa borclu deyilsiniz. Digər məqam ondan ibarətdir ki, ƏDV uçotuna durmamışdan əvvəl siz alış-veriş etmisinizsə onun ƏDV-ni geri tələb edə bilərsiniz. ƏDV qeydiyyatında duranlara xüsusi kod verilir. Kod verilməmişdən əvvəl siz  ƏDV-ni ödəməməlisiniz. Yalnız ƏDV kodu aldığdan sonra ƏDV məbləğini ödəməyə başlayırsınız.  Daha ətraflı https://www.gov.uk/vat-registration

ƏDV-nin neçə faizini geri qaytarmaq olar?

İngiltərədə ƏDV-nin geri qaytarılması məbləği kommersiya payından aslıdır. Misal üçün siz evinizin 20 faizini ofis kimi istifadə edirsiniz. Belə olan halda hesabınızdan komunal xidmətinə ödədiyiniz məbləğin 20 faizini ƏDV-ni geri ala bilərsiniz.

Mobil telefondan etdiyiniz  zənglərin 50 faizi məxfi xarakterlidirsə, yəni konfedensial xarakter daşıyırsa  bu halda aldığınız xidmətin və tarifin 50 faiz ƏDV geri qaytara bilərsiniz. Daha ətraflı burada https://www.gov.uk/reclaim-vat

MÜƏLLİF:
Rauf Qarayev
İqtisadçı – ekspert 

Son xəbərlər
Digər xəbərlər