1 C
Baku
Saturday, December 14, 2024

İngiltərənin ən zəngin adamı ekoloji vergilərə görə Monakoya köçür

İngiltərənin ən zəngin adamı ölkəni tərk edir. Jim Ratcliffe (Cim Ratklif), vergi kəsintilərini azaltmaq üçün Monakoda yaşamaq niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə xarici nəşrlər qeyd edirlər.

Bu, ona illik olaraq 5 milyard dollar qənaət etməyə imkan verəcəkdir. İngilis biznesmeni INEOS kimya konserninə sahibdir. Konsern Monako Knyazlığının yurisdiksiyasının fəaliyyəti altına keçəcəkdir. Müvafiq tədbirlər Birləşmiş Krallığın Maliyyə Nazirliyinə təxminən 0,4 milyard funt sterlinqə başa gələ bilər.

İnternetdə Ratcliffe-nin ölkəni tərk etməsi xəbəri, milyarderin AB-ni “bahalı” qaydalara və “axmaq” vergilərə görə tənqid edəndən sonra yayılmağa başlayıb. İş adamı, Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker adına açıq məktub hazırlamışdı. Mesajda milyarder enerji və qanunvericiliyin əmək seqmenti sektorunda mövcud olan ciddi tələblər səbəbindən AB-nin rəqabətqabiliyyətli olmadığını qeyd edir. Korporasiyasının illik dövriyyəsi 58 milyard dollara çatır.

Dyson-nun təsisçisi Ceyms Dyson, şirkətin baş ofisinin yerini Sinqapura köçürmək niyyətini açıqlayıb Bunun səbəbi kimi isə Brexit məsələsini göstərir.

Son xəbərlər
Digər xəbərlər