9 C
Baku
Friday, November 15, 2024

İngiltərənin AAA kredit notu əlindən alına bilər

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı Standart & Poor’s (S&P) İngiltərənin AAA kredit notunun “mövcud şərtlər altında müdafiə oluna bilmədiyini” açıqlayıb.

“Financial Times” bildirir ki, S&P-nin notun endirilməsi ilə bağlı qərar verəcəyi təqdirdə İngiltərə hökuməti 24 saat əvvəldən xəbərdar ediləcək.

S&P-dan sonra digər dərəcələndirmə təşkilatı “Moody’s” da İngiltərənin “Brexit” qərarı ilə bağlı şərhini açıqlayıb. “Moody’s” İngiltərənin AB-dən ayrılma qərarının ölkənin və şirkətlərin kredit notu üçün mənfi nəticələndiyini bildirib. Təşkilat “Brexit” qərarının uzun sürən bir naməlumluğa səbəb olacağını və ölkənin iqtisadi, maliyyə göstəricilərinə mənfi təsir edəcəyini bəyan edib.

Publika.az

Son xəbərlər
Digər xəbərlər