2 C
Baku
Saturday, December 14, 2024

İngiltərənin bank sistemi müqaviləsiz “Brexit”ə hazırdır

Böyük Britaniyanın bank sistemi, ölkənin Aİ-dan çıxmasına və bundan irəli gələn iqtisadi böhrana hazırdır. Banker.az xəbər verir ki, bu haqda İngiltərə Bankının fevral toplantısındakı protokolunda deyilir.

“Böyük Britaniyanın əsas banklarının kapitalın adekvatlıq əmsalları maliyyə böhranından əvvəlki dövr ilə müqayisədə üç dəfə çoxdur. Bu banklar böyük kapital ehtiyatına malikdirlər, hansı ki onlara ev təsərrüfatlarına və müəssisələrə kredit verməyi davam etdirmək imkanını verir. Nəticədə, onlar Brexit-dən irəli gələn iqtisadi böhrana münasibətdə daha dayanıqlı olacaqlar”, – relizdə deyilir.

Eyni zamanda, tənzimləyici Britaniyanın xarici investorlar tərəfindən yerli aktivlərə olan tələbatın azalması ilə üzləşə biləcəyini qəbul edir. bu isə bazar dəyişkənliyinin artmasına gətirib çıxaracaqdır. İngiltərə Bankı transsərhəd maliyyə xidmətlərinin göstərilməsi sahəsində də bəzi çətinlikləri istisna etmir.

Rəsmi olaraq Böyük Britaniya AB-dən 29 mart tarixində çıxmalıdır. Daha əvvəl İngiltərənin baş naziri Theresa May, Brexit-dən irəli gələn iqtisadi böhranın aradan qaldırılması yollarını təklif etmişdir.

Vesti.Ekonomika-nın yazdığına görə, Theresa May səsvermənin martın 12-də keçirilməsi təklifini irəli sürüb. Sənəd bir daha rədd edildikdə, parlament üzvləri martın 29-da “müqavilə” olmadan Brexit-i tətbiq etmək istəmədikləri barədə səs verəcəklər.

Əgər onlar bu ssenariyə qarşı çıxarlarsa, 14 mart tarixində BMT-nin İctimai Palatası Avropa İttifaqına dair Lissabon müqaviləsinin 50-ci maddəsinin qısa və məhdud şəkildə genişləndirilməsinə dair səs verə bilər.

Son xəbərlər
Digər xəbərlər