15 C
Baku
Sunday, November 24, 2024

İngiltərənin baş naziri Çerçil

1930-cu illərdə Çerçilin karyerası o qədər uğursuz idi ki, bioqraf Virciniya Koulz bu mərhələni “xilası mümkün olmayan uçurum” adlandırmışdı. Onun demək olar ki, 60 yaşına az qalmışdı, başı keçəlləşir, özü isə kökəlirdi, onu Britaniyanın maliyyə problemlərində günahlandırırdılar. Bu maliyyə problemləri Böyük Depressiya illəri ilə əlaqəli idi, həmçinin o, xəzinədarlığın baş Kansleri olduğu müddətdə ölkəni yenidən qızıl standartlarına qaytarmışdı. Bundan sonra o, öz partiyası ilə əlaqələri kəsdi, özünü əksər insanlardan təcrid etdi, çünki o Hindistana özünüidarə hüququ verilməsi ilə barışa bilmirdi, buna görə o, Qandi ilə görüşməkdən də imtina etdi.

Onun adının üzərinə həmişəlik Qallipoli faciəsinin “memarı” möhürü vurulur. Söhbət Birinci Dünya müharibəsi vaxtlarından gedir (bu Türkiyəni məğlub etmək və cənub şərqdən  Almaniya və Avstriyaya daxil olmaq planı idi, plan uğursuzluq ilə nəticələnir). O, Britaniyaya böyük itkilər bahasına başa gəlir, 213980  nəfər ölür və yaralanı, nəticə isə sıfır. Hətta Dardanel komissiyası daha sonra Çerçilin üzərindən ittihamı götürsə də, onun adi bu bədbəxt hadisə ilə ləkələnmiş qalır.  1929-cu il baş vermiş birja iflası isə Çerçilin öz sərvətinin böyük bir hissənin itirməsinə gətirib çıxarır.

1931-ci ildə Çerçil Nyu-York şəhərinin Beşinci Avenyu məhəlləsində yolun piyadalar üçün hissəsindən hərəkət hissəsinə daxil olur. O, ilk öncə Britaniya yol qaydalarına uyğun olaraq yolun sağ tərəfinə baxır, amma Amerikada isə yolun sol tərəfinə baxmaq lazım idi. Bu vərdiş ona az qala həyatı bahasına baş gəlir. Piyadalar çox gurultulu bir səs eşidirlər – saatda 50 km sürətlə hərəkət edən avtomobil Çerçili vuraraq, onu bir neçə metr kənara tullayır. Bu hadisənin ardınca uzun bir müalicə və depressiya mərhələsi başlayır.
Uilyam Mançester  Çerçilin bioqrafiyasına həsr olunmuş “Sonuncu aslan” kitabının ilk cildinin sonunda öz qəhrəmanının 1932-ci ildə düşdüyü vəziyyəti belə izah edir. Ledi Astorun İosif Stalin ilə görüşü zamanı, SSRİ rəhbəri xanımdan Britaniyanın siyasi landşaftındakı vəziyyətin necə olduğunu soruşur. Xanım Astor gələcəyi perspektivli görünən, böyük ümidlər vəd edən, güclü siyasi lider olmağa qadir Nevill Çemberlen adlı gənc bir liderdən söhbət açır.

— Bəs Çerçil? — Stalin soruşur.
— Çerçil? —  Astorun gözləri təəccübündən yekəlir, o çox laqeyd və soyuqqanlılıqla deyir –onun işi artıq çoxdan bitib.

Səkkiz il sonra, 1940-cı ilin dörd iyununda Çerçil parlament qarşısında baş nazir qismində dayanır, bu dövrdə artıq Hitlerin tankları bütün Avropanı lərzəyə salırdı. Polşa: təslim oldu. Belçika: təslim oldu. Hollandiya: təslim oldu.  Norveç: təslim oldu. Danimarka: təslim oldu. Fransa: dağılır. İngiltərə: qoşunlarını Dyunkerkdən çıxararaq, geri çəkilir. Əksər dünya liderləri və eləcə də Britaniya sakinləri Avropanı nasistlərə təslim etməkdən başqa çıxış yolu görmürlər. Çerçilin rəqibləri belə hesab edir ki, onun Hitlerlə və onun nasist tərəfdaşları sülh danışıqlarına getməkdən başqa çıxış yolu, alternativi qalmayacaq və onlar ümid edirdilər ki, bu kapitulyasiyanın Çerçil üçün neqativ nəticələnəcək siyasi fəsadlarını öz xeyirlərinə istifadə edə biləcəklər.

Lakin onlar məyus oldu

 Öz qeydlərini möhkəm-möhkəm əlində sıxan və daima yaxşı hazırlanmış mətn olmadan ictimaiyyət qarşısından çıxış edərkən lazımı sözləri tapa bilməyəcəyi qorxu ilə yaşayan Çerçil sərt baxışlarla parlamenti nəzərdən keçirir və özünün ən məşhur sözlərini  söyləyir:

 «Biz heç zaman təslim olmayacağıq, hətta belə olsa ki, hansı ki, mən buna bir an da olsa belə inanmıram, bu ada və ya onun böyük bir hissəsi zəbt olunsa və onun əhalisi aclıq çəksə, onda bizim Britaniya hərbi donanmasının müdafiəsi altında olan silahlı dəniz imperiyamız mübarizə aparmağa davam edəcək, biz o vaxta qədər mübarizə aparacağıq ki, Tanrı tərəfindən xeyir-dua almış müqəddəs Yeni Dünya özünün bütün qüdrəti, gücü və qüvvəsi ilə Köhnə Dünyanın xilası və azadlığı naminə yola düşəcək.

Çerçil Hitler bloku ölkələrinə qarşı çıxan Britaniya hökumətinin bütün qətiyyətini ortaya qoymaqla, nəinki özünə olan etimadı yenidən bərpa etdi, o həm də daha irəli gedərək 70 yaşında baş nazir postuna geri qayıdaraq, ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü, həmçinin kraliça öz əlləri ilə onu cəngavər titulu ilə təltif etdi, bundan əlavə Sovet İttifaqının aqresiyasına dair etdiyi əzəmətli çıxışlarda “soyuq müharibə” və “dəmir pərdə” terminlərini də leksikona daxil etmiş oldu.

1941-ci ildə, İngiltərənin zülmətə qərq olduğu həmin dövrdə, Çerçil özünün təhsil aldığı, Xarrou şəhərində yerləşən, keçmiş məktəbinə gəlir, o məktəbə ki, ona burada çox aşağı qiymətlər qoyurdular, burada o diplomların verilməsi mərasimində nitqlə çıxış etməli idi. Hələ mərasimin lap başlanğıcında mürgüləməyə başlayan və tədbir böyük bir hissəsini yuxuda olan Çerçili məktəbin direktorunun narahatlıqla dolu baxışları izləyirdi. Lakin elə ki, onun çıxışı elan olunur, o qətiyyətlə və fəxarətlə podiuma qalxır, o gözlərini onu dinləməyə toplaşmış şagirdlərə zilləyərək, çıxışını başlayır: «Qoy həmişə sizə dərs olsun: “Heç vaxt təslim olmayın, heç vaxt təslim olmayın, heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt –nə böyük məsələdə, heç vaxt – nə də kiçik məsələdə, nə nəhəngdə, nə də xırdada –heç vaxt təslim olmayın, əgər bu şərəfə və sağlam düşüncəyə zidd deyilsə. Heç vaxt güc qarşısında məğlub olmayın, heç vaxt açıq-aşkar sizdən daha güclü olan rəqibiniz qüvvəsi qarşısında təslim olmayın”.

Son xəbərlər
Digər xəbərlər