İngiltərənin baş naziri Boris Johnson, qarşıdan gələn dekabr seçkilərində qalib gələcəyi təqdirdə üç kateqoriyalı iş vizası tətbiq etmək planını açıqlayıb.
Xatırladaq ki, İngiltərədə ümumi seçkilər dekabrın 12-də keçiriləcəkdir. Mühafizəkarlar yanvarın 31-də İngiltərənin Avropa İttifaqından çıxması prosesini başa çatmasını, demokratlar isə əksinə, ölkənin təşkilatda qalmasını istəyirlər.
“Bizdə “müstəsna istedad” olacaq – alimlər, startaplar təşkil edən dahilər, İngiltərə iqtisadiyyatının böyüməsinə töhfə verən insanlar…prima balerinalar, ilk skripkalar”, – deyə Johnson “Sunday Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Baş nazir qeyd edir ki, bu insanlara ölkədə iş təklifi almağa ehtiyac qalmayacaq, onlar dərhal viza ilə təmin ediləcək.
İkinci kateqoriyaya Birləşmiş Krallıqda iş təklifi almalı olacaq ixtisaslı işçilər, üçüncü kateqoriyaya isə ixtisaslaşma tələb etməyən vakant yerlərdə işləməyə gələn gənclər daxildir.
Bu sistem Avstraliya modelinə uyğun olaraq təşkil ediləcəkdir. Boris Johnson-un sözlərinə görə. Aİ-dan çıxdıqdan sonra Britaniya sərhədlərində nəzarəti bərpa edəcək. Johnson krallığa gələn miqrantların sayının azalmasına baxmayaraq, bu yeniliklərin İngiltərəni “dünyaya açıq edəcəyini” vurğulayıb. Avropa Birliyindən və bütövlükdə dünyadan gələn miqrantlar üçün bərabər əmək şəraiti təmin ediləcəyi də qeyd olunur.
Həmçinin bu dəyişikliklər çərçivəsində miqrasiya komitəsinin səlahiyyətləri genişləndiriləcəkdir.