İngiltərənin maliyyə naziri istefa vermək istəyir

İngiltərənin maliyyə naziri Philip Hammond istefa vermək istəyir.

Banker.az xəbər verir ki, bu haqda siyasətçi öz “Twitter”  səhifəsində xəbər verib.

“Mən Theresa May-ə ərizəmi göndərdim. Son üç ildə onunla birlikdə maliyyə naziri vəzifəsində işləmək böyük bir şərəf idi”, – deyə Hammond yazır.

Məktubunda o, “Theresa May-ın varisi növbəti nazirin seçilməsində azad olmalıdır” fikrini qeyd edir.

23 iyul 2019-cu ildə İngiltərənin keçmiş xarici işlər naziri Boris Johnson-un ölkənin baş naziri vəzifəsinə seçildiyi və toriyə rəhbərlik etdiyi məlum olub. Rəsmi olaraq Johnson 24 iyulda vəzifəyə gəlməlidir.

 

Son xəbərlər
Digər xəbərlər