İnkişaf edən bazarlarda olan eyforiya uzun çəkməyəcək

0

İnkişaf edən bazarların aktivlərində artım müşahidə olunub. Bu, Jerome Powell-in bəyanatından sonra baş verib. Onun sözlərinə görə, FED (ABŞ-ın Federal Ehtiyatlar Sistemi) bu ay faiz dərəcələrini aşağı sala bilər – son onillikdə ilk dəfə. Analitiklər və investorlar bu artımın uzunömürlü olacağına inanmırlar. 

Ona görə: 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

BNP Paribas Asset Management maliyyə konqlomeratının Londondakı filialın rəhbəri olan Brian Carter bu haqda öz fikrini bildirib: 

“FED-in sədri olan Jerome Powell, faiz dərəcələrinin aşağı salınması ilə bağlı olan ehtimalları açıqlamağa tələsmirdi. Bu, inkişaf edən bazarlar üçün pis deyil, çünki artımı təşviq edir, faiz dərəcələri aşağı səviyyədə saxlayır və dollara mənfi təsir göstərir”. “Bizim portfellər üçün bu neytraldır, çünki bizim aktivlərdə yüksək gəlirli istiqrazlar və korporasiyaların borc kağızları da daxil olmaqla artıq çəki var. Buna baxmayaraq, bizim inkişaf edən bazarların faiz dərəcələrinə mənfi münasibətimiz var”. “Biz düşünürük ki, inkişaf edən bazarlarda olan eyforiya  həddini aşır. Cənubi Afrika, Meksika və Braziliya kimi ölkələr fiskal və monetar təzyiq ilə üzləşirlər. Düzdür, onlar FED-in dediyinə riayət etməyə çalışsalar da, bazarın gözləntilərini ödəyə bilməyəcəklər”. “FOMC üzvlərinin əksər hissəsi faiz dərəcələrinin aşağı salınmasında heç bir zərurət görmədiyini bildirib. Bu fakt FED-in protokolunda əks etdirilir. Powell-in bəyanatına baxmayaraq, biz bu eyforiyanın gec və ya tez bitəcəyinə inanırıq”. 

Raboban-ın inkişaf edən bazarlar üzrə mütəxəssisi Petr Matis:

 “Biz “hər bir şeyin artımının” dayanıqlı olacağından əmin deyilik, çünki ticarət gərginlinin yenidən gücləndiyi halda FED qlobal resessiyanın qarşısını ala bilməyəcək. Bununla yanaşı, biz qısa müddətdə yüngül pulun perspektivinin riskli aktivlərə təsir göstərə biləcəyini başa düşürük və bununla mübarizə aparmaq niyyətində deyilik”. FED sədrinin “göyərçin” siqnallarının sayı, USD/CEEMEAs  üzrə azalma tendensiyanı dəstəkləyir. USD/TRY da azalmaya meyl edir, bu, bazarın CEEMEA-ya qarşı münasibətindən xəbər verir. “FED-in rəhbərliyi ilə iri mərkəzi bankların siyasəti olmasaydı, USD/TRY başqa bir tarixi maksimuma doğru hərəkət edəcəkdir. Türkiyə prezidenti Ərdoğan ölkənin müstəqil pul-kredit siyasətinə malik olmadığını təsdiqləyib”. 

TD Securities-in Sinqapurdakı aparıcı mütəxəssisi Mitul Kotecha:

“Powell-in nitqi bu ayın sonunda faiz dərəcəsinin 25 punkt üzrə aşağı düşməsinə aid olan gözləntiləri həqiqətən də təsdiq edib. FED-in bu qərarı inkişaf edən bazarların aktivlərinin daha da artmasına səbəb olacaqdır. Amerikan səhmləri artıb, ABŞ-ın gəlirliliyi və dollar isə aşağı düşüb, bu fakt onun siqnallarının kotirovkaları aid olmadığını vurğulayır. Bu, inkişaf edən bazarların valyutaları və istiqrazları üçün əlavə dəstək olmalıdır”. “Sədrin bəyanatları və faiz dərəcəsinin aşağı düşməsi, inkişaf edən bazarların mərkəzi banklarını faiz dərəcəsini aşağı salmağa təşviq edəcək. Koreya və İndoneziya banklarının monetar siyasətini zəiflətməsi gözlənilir. Asiyanın digər bankları haqda da eyni fikir söyləmək olar, onlar da FED-in təşəbbüsünü nəzərə alaraq inflyasiya və artım tempinin azaldılmasını qeyd edəcəklər”. 

Societe Generale-da inkişaf edən bazarların strategiyaları üzrə mütəxəssis Jason Dawe:

“Bazar FED-in siyasətini yumşaltmaq qərarını aqressiv şəkildə qiymətləndirir və deyəsən, faiz dərəcələrinin aşağı düşməsi dolları inkişaf edən bazarlara qarşı zəiflədəcək”. “Biz bunu fərqli görürük. Faiz dərəcələrinin azaldılması EM FX-in sabitləşməsinə gətirib çıxarıb və ümumiyyətlə bu fakt müsbət olmalı deyil”. FED-in “göyərçin” mövqeyi Asiya mərkəzi banklarının siyasətini yumşaltmaq üçün son maneələri aradan qaldırır”. “Bu mərhələdə Asiya banklarında siyasətin yumşaldığını göstərən kotirovkaların istənilən hərəkəti fundamental dəyişiklər deyil, texniki düzəlişlər olacaq”. 

Aviva Investors-da portfel menecer Stuart Ritson:

“Şərhlərin tonu gözləntilərdən daha “göyərçinli” oldu və bazar azalma ehtimalını daha 50 punkt artırdı. Bu, inkişaf edən bazarların valyutalar üçün dəstək oldu, xüsusilə yüksək gəlirlilər üçün. Aşağı dəyişkənliyi və mərkəzi bankların akkomodativ ruhunu nəzərə alsaq, bu valyutalar get-gedə daha çox güclənəcəklər”. “Bu, İndoneziyada yumşaltmanın yeni dövrünün başlanğıcını görəcəyimizin ehtimalını artırır”.