21 C
Baku
Friday, October 10, 2025

İnkişaf etməkdə olan ölkələrin dövlət borcu varlı ölkələrinkindən iki dəfə sürətlə artır

Son illərdə inkişaf etməkdə olan ölkələrin dövlət borcunda sürətli artım müşahidə olunur. 2010–2024-cü illər arasında inkişaf etmiş ölkələrdə borclanma 1,7 dəfə (təxminən 28 trilyon dollar), inkişaf etməkdə olan ölkələrdə isə 3,7 dəfə (23 trilyon dollar) artıb.

Beləliklə, ümumi borclanmanın üçdə ikisi inkişaf etmiş ölkələrin payına düşür — 2024-cü ilin sonuna onların ümumi borcu 102 trilyon dollara çatıb. Bunun 70 trilyon dolları varlı ölkələrin, təxminən 32 trilyon dolları isə inkişaf etməkdə olan ölkələrin payına düşür.

Bu dövlətlər borc səviyyəsinə qarşı yüksək həssaslıq göstərirlər, bu da onların öz gəlirlərinin (xüsusilə vergi gəlirlərinin) çatışmazlığı, iqtisadi inkişaf səviyyəsindəki fərqlər və maliyyə planındakı prioritetlərlə izah olunur.

Mütəxəssislərin fikrincə, varlı ölkələrdə infrastruktur bazası artıq formalaşıb — orada borclanma daha çox mövcud həyat səviyyəsini qorumağa yönəlib. “İnkişaf etməkdə olan ölkələrdə isə borclanma istehsal və institusional potensialın artırılmasına xidmət edir. Buna görə də borcun sürətli artımı əsasən “geridə qalmış inkişafın” kompensasiyası məqsədi ilə baş verir.

Son xəbərlər
Digər xəbərlər