6 C
Baku
Monday, December 16, 2024

İnkişaf etməkdə olan ölkələrin fondlarına 12.7 milyard dollar pul köçürülüb

Son bir həftə ərzində beynəlxalq investorlar inkişaf etməkdə olan ölkələrin fondlarına rekord məbləğdə, yəni 12,7 milyard dollar vəsait köçürüblər.

Bu barədə “Emerging Portfolio Fund Research” (EPFR) məlumat yayıb.

Hesabatda deyilir ki, inkişaf etməkdə olan ölkələrin səhm və istiqraz fondlarına müştəri vəsaitlərinin xalis axınları bütün zamanların ən yüksək səviyyəsinə – 12,7 milyard dollara çatıb. Amma cəmi bir həftə əvvəl bu göstərici cəmi 3,6 milyard dollar idi.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər