18 C
Baku
Wednesday, October 15, 2025

İnkişaf etmiş bu ölkədə 6 milyonadək yoxsul var

İtaliyada 2,2 milyon ailə və ya 5,7 milyon insan mütləq yoxsulluq şəraitində yaşayır. Bu da ümumi əhalinin 8,4 faizinə bərabərdir.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, həmin insanlar qidadan tutmuş mənzilə, səhiyyəyə, nəqliyyata və ya təhsilə qədər zəruri məhsul və xidmətləri belə ödəyə bilmir. Mütləq yoxsulluq 1,8 milyondan çox əcnəbini əhatə edir ki, bu da hər 3 nəfərdən birinə bərabərdir (35,6 faiz).

Son 5 il ərzində ölkədə yoxsulların sayının 1,1 milyon artdığı bildirilib. Yoxsul ailələrin 44,5 faizi ölkənin şimalında, 39,8 faizi Cənubi İtaliyada, 15,7 faizi isə Mərkəzi İtaliyada yaşayır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər