Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni əməliyyat direktoru təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifə Elvin Məmmədova həvalə edilib.
Elvin Məmmədov bu təyinata qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri idi.
Elvin Məmmədov 2022-ci ilin avqustundan indiyə kimi Cyberpoint şirkətində Maliyyə departamentinin rəhbəri, 2019-2022-ci illərdə isə “Yalama Agropark” MMC-də baş maliyyə inzibatçısı kimi çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində həm Beynəlxalq Biznes/Ticarət/Kommersiya üzrə bakalavr dərəcəsinə, həm də mühasibat və maliyyə üzrə isə magistr dərəcəsinə yiyələnib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.