-1 C
Baku
Sunday, December 15, 2024

İnnovasiya və Təchizat Mərkəzi 54 milyon manatlıq dərman aldı – Müqavilə

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi 4 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər Albatros Heltkeyr MMC, “AvroMed Company 15” QSC, Fuad-Kimya Servis MMC, Zeytun Pharmaceuticals MMC və M-Complex MMC-dir.

Müqavilələrdə Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların  və Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması nəzərdə tutulur.

4 şirkətlə bağlanan müqavilənin dəyəri isə 53 785 068 manatdır.

Son xəbərlər
Digər xəbərlər