Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Banker.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Albatros Heltkeyr” MMC, “Arash Medical Company” QSC və “Labservis LTD” MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 6.134 mln. manat, 918 min manat və 2.103 mln. manat, ümumilikdə 9.155 milyon manat ödəniləcək.