Azərbaycanda vençur fondlarının yaranması ilə bağlı qanunvericilik hazırlanma mərhələsindədir və bununla bağlı İnnovasiyalar Agentliyi öz təkliflərini təqdim edir.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli “AZCLOUD Hackathon 2019” müsabiqəsinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vençur fondlarının ölkədə fəaliyyətini təşkil etmək üçün bu gün müvafiq qanunvericiliklə yanaşı investisiya nümunələrinin formalaşması zəruridir.
“Onu deyə bilərəm ki, böyük ehtimalla bu nümunəni ilk olaraq dövlət qurumu, yəni İnnovasiyalar Agentliyi göstərəcək”,- deyəT. Kərimli qeyd edib.
© Azərtac