21 C
Baku
Monday, October 6, 2025

“İnnovasiyalar Mərkəzi” MMC və “Atəşgah” Sığorta Şirkəti ASC arasında Anlaşma Memorandumu imzalanıb

®Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC ilə ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov imzalayıblar.

Memorandum çərçivəsində tərəflər innovativ yanaşmaların təşviqi, maarifləndirici və sosial yönümlü layihələrin həyata keçirilməsi, eyni zamanda tələbə və gənclər üçün təcrübə proqramlarının təşkilində əməkdaşlıq edəcəklər.

Xüsusilə qeyd edilməlidir ki, Memorandumun mühüm komponentlərindən biri də “Atəşgah” Sığorta Şirkətinin təşəbbüsü ilə ASAN İnnovativ İnkişaf Mərkəzində yaradılan və gənclər üçün ödənişsiz sığorta təlimlərin keçiriləcəyi “AI Zone” otağının fəaliyyətə başlamasıdır.

Layihə çərçivəsində atılan bu addım, gənclərin sığorta sahəsində maariflənməsi və təlimlərdə fəal iştirakı üçün əhəmiyyətli imkanlar yaratmaqla yanaşı, Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası və Daşınmaz əmlakın icbari sığorta növləri üzrə sığorta hadisələrinin qarşısının alınmasında dəstək göstərməyi hədəfləyir.

d9182351 c643 460f 9bda a7f5713ef057 a9bf2e39 c48e 473f af83 9ced9533c55a ed3220a1 7c4b 4663 b900 b0863a949efb 9b11879a a24d 4eef a5e7 72e41826873e 113046d6 b131 4ee9 9573 ea46e5604ea2 c608b276 f344 44fa 9a48 133900c4c07a

Son xəbərlər
Digər xəbərlər