5 C
Baku
Saturday, December 14, 2024

İnnovasiyalar Mərkəzinin direktoruna müşavir təyin edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”ndə yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Ləman Əhmədova “İnnovasiyalar Mərkəzi”nin direktoruna müşavir təyin edilib.

Ləman Əhmədova “ABAD” publik hüquqi şəxsində 2022-ci ilin martından 2024-cü ilin avqust ayına kimi Dekorativ tətbiqi xalq sənətkarlığı departamentinin müdiri, 2020-ci ilin avqustundan 2022-ci ilin martına kimi isə Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri kimi çalışıb.

Ləman Əhmədova 4 iyun 1994-cü il tarixində Sumqayıt şəhərində anadan olub. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of  Oxford”-un “Dövlət siyasəti” ixtisası üzrə magistr təqaüdü qazanıb. M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə 11 illik təhsilini başa vurduqdan sonra 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” ixtisasına qəbul olub. Daha sonra 2016-2018-ci illərdə DİA-da “Dünya siyasi prosesləri” ixtisası üzrə magistr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər