“Azərbaycanında hər bir sahənin inkişafında innovasiyalar və müasir texnologiyaların tədbiqi vacibdir”.
Bunu “Azclod Hackaton 2019” müsabiqəsinin açılışında çıxış edərkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
Onun sözlərinə görə, innovativ inkişaf modelinin reallaşması üçün ölkənin iqdisadi siyasətində qanunvericilik bazası təkmilləşdirilib.
“Startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılması və biznesin təşkilinə xüsusi önəm verilir. Bu gün gənclər, tələbələr innovativ inkişafa maraq göstərir. Çünki müasir dövrdə, innovativ düşüncəli gənclərə ehtiyac çox böyükdür. Məhz bu səbəbdən ölkədə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətə davamlı biliklərə yiyələnməsinə olduqca vacibdir”,- deyə nazir qeyd edib.
APA