İnşaatda fəaliyyətdə olan “AS İnşaat-N” MMC və “Azital İnşaat” MMC-nin təsisçisi birbaşa icra orqanınında iştirak edəcək.
Banker.az xəbər verir ki, tikinti biznesi olan Nuşravan Cəlilov Qoca oğlu adıçəkilən şirkətlərin direktoru vəzifəsinə keçib.
Buna qədər müvafiq olaraq bu vəzifələrdə Rauf Ağayev Rəcəb oğlu və Mustafa Babanlı Baba oğlu direktor idi.
Şirkətlərin yeganə təsisçisi Nuşravan Cəlilovdur və keçən ildən etibarən bu iki şirkətdə “Crystal Əmlak” QSC ilə yollarını ayırıb. “Crystal Əmlak” QSC bu şirkətlərdəki həmtəsisçilikdən çıxıb. Buna qədər Cəlilov “Cristal” ilə bu şirkətləri 50% payla müştərək bölüşmüşdü.
Cəlilov 2012-ci ildə Azərbaycan Respublikasındakı inşaat sahəsi üzrə fəaliyyətinə görə ölkə başçısı tərəfindən “Əməkdar Mühəndis” fəxri ada layiq görülüb.
2010-cu ildə təsis edilən “AS İnşaat-N”in əsas əməliyyat gəlirləri asfaltdan tutmuş betona qədər inşaat məhsullarının istehsalından əldə edilir. Sözügedən şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir.
Şirkət 2022-ci ildə 22 min manat xalis mənfəət əldə edib. 2019-ci ildə bu xalis mənfəət 1 mln. 989.5 min manat, 2020-ci ildə 557.5 min manat və 2021-ci il isə 378.7 min manat olub.