28 C
Baku
Wednesday, June 25, 2025

“İnşaat Konstruksiyaları Zavodu” ötən ili zərərlə başa vurub

“İnşaat Konstruksiyaları Zavodu” ASC 2024-cü ili 24 032 manat zərərlə başa vurub. 2023-cü ildə zavodun zərəri 24 460 manat olub ki, bu da illik müqayisədə 2% azalmadır.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “İnşaat Konstruksiyaları Zavodu”nun əsas əməliyyat gəlirləri 17 373 manat, satışın maya dəyəri 40 160 manat, inzibati xərclər 1 245 manat, işçi heyəti üzrə xərclər 21 840 manat, amortizasiya xərcləri 6 852 manatdır.

Hesabat dövründə zavodun cəmi aktivləri 3 257 921 manatdan 3 267 152 manata, cəmi öhdəlikləri 2 886 991 manatdan  2 896 222 manata düşüb.

Xatırladaq ki, “İnşaat Konstruksiyaları Zavodu” 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 370 930 manat və qanuni təmsilçisi Rahib Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər