Azərbaycanda inşaat məhsulları istehsal çısı “Uğur Industry” MMC (Fiber Group) 2024-cü ili 1,75 milyon manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti əvvəlki illə müqayisədə 3% azalıb.
Banker.az xəbər verir ki, bu barədə hesabatda bildirilir. Hesabat ictimayyətə bu il təqdim edilib.
Şirkətin əsas əməliyyat gəliri 40,5 milyon manat təşkil edib və illik 23,2% artıb. Məhsulların, işlərin və xidmətlərin maya dəyəri 21,9 milyon manat olmaqla 21,6%, inzibati xərclər 15,2 milyon manat olmaqla 32,9%, kommersiya xərcləri isə 106,8 min manat olmaqla 24,4% artıb. Nəticədə əməliyyat mənfəəti 2,04 milyon manata düşüb və illik 15,3% azalıb.
Şirkətin digər maliyyə gəlirləri 592,2 min manat olub və 4,3% artıb. Digər zərər növləri üzrə xərc 453,6 min manat təşkil edərək 12% yüksəlib. Vergidən əvvəlki maliyyə nəticəsi 2,18 milyon manat olub və 3% azalıb.
Xatırladaq ki, “Uğur Industry” MMC 19 noyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət daha əvvəl “Fortis Group” MMC adı ilə fəaliyyət göstərib. Banker.az-ın əldə etdiyi məlumata əsasən, şirkət 2025-ci ildə adını dəyişərək “Uğur Industry” MMC adını alıb. Beləliklə, şirkət yarandığı gündən etibarən üç dəfə ad dəyişikliyinə məruz qalıb. Şirkət 2015-ci ilə qədər “AZBENTONİT” MMC, 2018-ci ilə qədər “GARANT İNŞAAT SƏNAYE” MMC, 2025-ci ilə qədər isə “Fortis Group” MMC kimi qeydiyyatda olub.
Şirkətin nizamnamə kapitalı 25 milyon manatdır. Təsisçi kimi Rüstəmxanlı Cəmil Sabir oğlunun 50% paya sahib olduğu göstərilir.
“Uğur Industry” MMC Giper Astar Suvağı, Giper Üzlük Suvağı, Giper İnşaat Gipsi, Fiber, Maqnit və Ekstra kafel yapışdırıcıları, Flora və Yaprak boyaları, Yaprak Hidrostop hidroizolyasiya məhsulları, FIBER Dekorativ Suvaq və FIBER ŞAP kimi gips və sement əsaslı tikinti qarışıqları, kafel yapışdırıcıları, boyalar, hidroizolyasiya, fasad və döşəmə materialları, astarlar və digər inşaat məhsulları istehsal edir.







