27 C
Baku
Saturday, June 22, 2024

İnsan beynini imitasiya edən kompüter sınaqdan keçiriləcək

ABŞ-da insan beynini imitasiya edən kompüter sınaqdan keçiriləcək.

“The Wall Street Journal” nəşridəki məlumata görə, ABŞ-ın hökumət laboratoriyası ümumi dəyəri 1 milyon dollar olan və insan beyninin fəaliyyətini imitasiya edən ilk və yeganə kompüteri sınaqdan keçirmək niyyətindədir.

Kompüter 16 mikroprosessor və süni intellektin fəaliyyətinə hesablanmış “TrueNorth” çipi ilə təchiz edilib. Bu gücdə olan cihaz insan beynini imitasiya edərək onun dərindən öyrənilməsinə imkan verir.

“Beyin bütün çətin problemləri həll etməyə qadirdir”, – deyə insan beyninin informasiya analizini öyrənməyin çətinliklərindən danışan İBM şirkətinin əməkdaşlarından biri bildirib.

Çox güman ki, bu çip 5-7 ildən sonra kommersiya məqsədləri üçün istifadəı oluna bilər. Ancaq qarşıdakı sınaqlar onun inkişafında mühüm mərhələ olacaq.

İKT

Son xəbərlər
 ⁠
Digər xəbərlər