18 C
Baku
Monday, May 27, 2024

İnsan beyninin iş qabiliyyətliliyi

Səhər saat 6-7 arası – uzunmüddətli yaddaşın ən yaxşı işlədiyi vaxtlardır, bu müddət ərzində əldə edilmiş informasiya yaxşı mənimsənilir.

Səhər saat 8-9 arası – məntiqi təfəkkür işə düşür, bu həm yaddaş, həm də analiz ilə bağlı istənilən fəaliyyət üçün ən münasib zamandır.

Səhər saat 9-10 arası – informasiya və statistika ilə iş üçün ən optimal vaxtdır.

Saat 11-12 arası – intellektual fəaliyyətin effektivliyi aşağı düşür, ona görə də fikrinizi yayındıracaq başqa bir işlə məşğul olmaq olar. Məsələn, musiqiyə qulaq asmaq

11 ilə 14:00 arası – nahar üçün ən uyğun vaxtdır. Bu saatlarda qəbul edilmiş qida daha yaxşı həzm olunur.

12:00-18:00 arası – aktiv iş üçün ən ideal vaxtdır. Gec saatlarda iş beyni yorur. Belə bir gərginliyin ilk əlamətləri yuxu ilə bağlı yaranan problemlərdir.

21:00-23:00 arası – beyin və sinir sistemi daha çox istirahət edə bilir.

23:00 və gecə saat 01:00 arası – yuxuda olarkən, beyində enerji bərpası baş verir. Çin təbabətində onu “si”, hind yoqları isə “prano” adlandırırlar, müasir elmdə isə bu “sinir və əzələ gücünü artırı” kimi dəyərləndirilir.

Gecə saat 1-3 arası – yuxuda olarkən, insan emosional enerjisini bərpa edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər