Səhər saat 6-7 arası – uzunmüddətli yaddaşın ən yaxşı işlədiyi vaxtlardır, bu müddət ərzində əldə edilmiş informasiya yaxşı mənimsənilir.
Səhər saat 8-9 arası – məntiqi təfəkkür işə düşür, bu həm yaddaş, həm də analiz ilə bağlı istənilən fəaliyyət üçün ən münasib zamandır.
Səhər saat 9-10 arası – informasiya və statistika ilə iş üçün ən optimal vaxtdır.
Saat 11-12 arası – intellektual fəaliyyətin effektivliyi aşağı düşür, ona görə də fikrinizi yayındıracaq başqa bir işlə məşğul olmaq olar. Məsələn, musiqiyə qulaq asmaq
11 ilə 14:00 arası – nahar üçün ən uyğun vaxtdır. Bu saatlarda qəbul edilmiş qida daha yaxşı həzm olunur.
12:00-18:00 arası – aktiv iş üçün ən ideal vaxtdır. Gec saatlarda iş beyni yorur. Belə bir gərginliyin ilk əlamətləri yuxu ilə bağlı yaranan problemlərdir.
21:00-23:00 arası – beyin və sinir sistemi daha çox istirahət edə bilir.
23:00 və gecə saat 01:00 arası – yuxuda olarkən, beyində enerji bərpası baş verir. Çin təbabətində onu “si”, hind yoqları isə “prano” adlandırırlar, müasir elmdə isə bu “sinir və əzələ gücünü artırı” kimi dəyərləndirilir.
Gecə saat 1-3 arası – yuxuda olarkən, insan emosional enerjisini bərpa edir.