23 C
Baku
Saturday, October 5, 2024

İnsan həyatını dəyişən kağız parçası…

Günlərin bir gün bahalı kostyum geymiş yaşlı bir şəxs nahar fasiləsi zamanı parkda əyləşərək kitab oxuyurdu. O artıq qalxaraq getmək istədikdə qonşu skamyada əyləşmiş, yoxsul şəkildə geyinmiş və göyərçinləri yemləyən bir gənc oğlanı görür. O göyərçinlərə çörək qırıntılara ata-ata öz-özünə deyirdi:

– Yeyin, lələkli quşlarım mənim! Sizin də, mənim də həyatım eyni bataqlıq içərisindədir! Yeyin, onsuz da bizim qismətimizə bu lənətə gəlmiş ölkədə yoxsul və ac yaşamaq qismət olub!

Bu səhnəni müşahidə edən yaşlı şəxs cibindən yazılı bir kağız parçası çıxarır və gəncə doğru addımlayır:

– Oğlan, bu kağızı götür və oxu. Bir zamanlar məndə sənin kimi idim: həyat tərəfindən əzilmiş, təhqir edilmiş, sevgi və ümidsiz. Və bir dəfə mən körpü üzərində dayanıb çayın axar suyuna baxırdım və gözlənilmədən kimsə arxadan mənim çiynimə toxundu. Mən geri çöndüm və arxamda kar və lal olan yaşlı bir şəxs gördüm. O yerdən kiçik bir karton parçası götürdü və üzərinə bəzi şeylər yazaraq mənə uzatdı. Bu sözlər mənə kömək etdi, sənə də kömək edəcək.

Yaşlı kişi uğur arzulayaraq çönüb gedir. İllər keçir və bu gənc oğlanın işləri qaydasına düşür. Və bir dəfə o öz maşınında düşərkən illər əvvəl özü kimi bu parkda əyləşmiş və deyinə-deyinə quşları yemləyən bir oğlan görür. Uğura nail olmuş gənc dayanır və pul qabından köhnə kağız parçasını çıxarır, ona diqqətlə baxır və daha sonradan skamyada əyləşmiş oğlana uzadır.

– Götür, qoy sənə uğur gətirsin. Bu sözlər mənə həyatda uğur gətirib, sənə də gətirəcək. Oğlan təəccüblü gözlərlə kağızı götürür və oxumağa başlayır. Kağızda yazılmışdı: “Əgər sən ən sonda gedirsənsə, heyfslənməyə tələsmə. Güc və xeyir-duan artıq var, özüvə yalnızca inamını qaytar!”.

Son xəbərlər
Digər xəbərlər