8 C
Baku
Friday, March 29, 2024

İnsan kapitalı və ya nə üçün Bill Qeyts sizdən daha zəngindir

Charles Whelan « İqtisadiyyat» adlı kitabında yoxsulluq və gəlir bərabərsizliyi problemlərinin təsvirini, eləcə də onların baş verməsinin səbəblərini yaxşı təsvir etmişdir.

Bill Geytsin uşaqları olduqda, o, çoxları kimi, evin çox kiçik olduğunu anladı. 1997-ci ildə, proqram bazarının maqnatı 100 milyon dollar dəyərində bir evə köçdü; tezliklə evin bir qədər dəyişdirilməsi lazım idi. 11 min kvadratmetrlik məskəndə iyirmi nəfərlik  kinoteatr, ziyafət salonu, iyirmi səkkiz avtomobil üçün park, örtülü oyun meydançası və əlbəttə ki, zəng etdiyiniz şəxsin adını çəkən telefon kimi müxtəlif kompüter gadgetlər var idi. Amma bu ev də kifayət qədər böyük olmamışdı.

Vaşinqtonun Medina vilayəti tərəfindən verilmiş bölgə komissiyasının sənədlərinə görə, cənab Qeyts və həyat yoldaşı başqa bir yataq otağı əlavə etmək, uşaqların oynamaq və öyrənmək üçün əlavə sahələr təchiz etmək istəyirlər.

Bill Geytsin evini dəyişdirməsinə necə yanaşdığına əsaslanaraq bir sıra müxtəlif nəticələr əldə etmək olar, amma bunlardan biri tamamilə aydındır: o, rahat yaşayır. Əgər təxminən 50 milyard dollarınız varsa, dünya inanılmaz oyun parkına çevrilir.

Bununla yanaşı, digər, daha vacib suallar yaranır:

Niyə bəzi insanlar avtobus stansiyalarında və tualetlərdə yatmaq məcburiyyətində olurlar, digərlərinin isə qapalı meydançaları və şəxsi təyyarələri  var?

İqtisadçılar uzun illər boyu yoxsulluq və gəlirsizlik bərabərliyi problemini öyrənirlər. Kasıbların kim olduğunu başa düşmək istəyirlər, niyə kasıbdırlar və onların vəziyyətini dəyişmək olar mi.

Bill Geytsin küçədə yatmağa məcbur olan kişi və qadınlara nisbətən niyə zəngin olduğuna dair hər hansı müzakirə iqtisadçılar tərəfindən  insan kapitalı adlandırılan konsepsiyadan öyrənilməlidir.

“İnsan kapitalı- müəyyən bir şəxsdə təsvir olunan bilik və bacarıqların göstəriciləridir: təhsil, intellekt, xarizma, yaradıcılıq qabliyyəti, iş təcrübəsi, təşəbbüskarlıq ruhu, hətta beysbolu güclü və dəqiq atma imkanı”

Bu,bütün aktivlərinizi itirdiyiniz zaman-iş,ev,pul,mülk və sadəcə bir köynəkdə özünüzü küçədə tapdığınız zaman sizə qalacaq şeylərdi.

Necə düşünürsüz belə bir vəziyyətdə Bill Gates özünü  necə hiss edərdi? Bəli, çox yaxşı. Bütün mülkünə  əl qoyulmuş olsa belə, onu məsləhətçi, idarə heyətinin üzvü, icraçı direktor və ya motivasiyaçı spiker kimi həvəslə işə götürəcək bir çox şirkət olardı. (Apple şirkətinin qurucusu Stiv Jobs şirkətindən işdən çıxarıldığı zaman, o, Pixarı yaratdı və sonra Apple onu geri dönməyə dəvət etmişdi).

Bəs Tayger Vuds özünü necə hiss edərdi? O da çox yaxşı. Əgər kimsə ona bir golf  çubuğu verərsə, növbəti həftə sonuna qədər o artıq hər hansı bir turnirdə qalib olar.

Bəs Bubba necə olardı, 10-cu sinifdə məktəbi tərk edən və həmçinin metamfetaminlərdə oturan bir narkoman? Bax onun üçün çox  pis olardı. Bütün məsələ insan kapitalıdır və Bubbada onun ölçüsü kiçikdir. (Maraqlısı odur ki, Bruney sultanı kimi çox zəngin insanlar bu vəziyyətdə uğursuz ola bilərdi, padşah yalnız ölkəsində böyük neft ehtiyatları var deyə zəngin olur).

Əmək bazarı digər bazarlardan fərqlənmir: bəzi istedadlar başqalarına nisbətən daha çox tələb olunur. Daha unikal bilik və bacarıq olduqda,daha çox pul qazanmaq imkanı yaranır.

Nyu-York Yankees üçün beysbol oynayan Alex Rodriguez 10 il ərzində, 275 milyon dollar qazanacaq, çünki insanların çoxundan daha güclü və daha doğru saatda 150 kilometr sürətlə uçan topa vurmaq bacarığı var. O, bu sayədə komandasına qalibiyyət gətirir, bu da öz növbəsində stadionları doldurur, müxtəlif məhsullar satmağa və televiziyalarda oyunların yayımından böyük mənfəət əldə etməyə kömək edir. Əslində, planetimizdə heç kim bu vəzifəni Rodriguezdən yaxşı yerinə yetirə bilməz.

Bazar iqtisadiyyatının digər aspektlər ilə bağlı olduğu kimi, müəyyən bacarıqların qiyməti onun sosial dəyərinə aid deyil, yalnız onun olmaması ilə bağlıdır.

Bu, özümüzə ən sərfəli investisiyanın insan kapitalı olduğunun sübutu deyil mi?

Son xəbərlər
Digər xəbərlər