Dünyanın ən məşhur dişi pələngi olan Çampavat pələngi 436 insanı “qətlə yetirdiyinə” görə məşhurdur. Benqal pələngi bir dəfə balalarını ovçulardan qoruyarkən ovçulardan birini dişləyir. O bu dadı o qədər bəyənir ki, bundan sonra insanlar onun əsas ovuna çevrilir.
Çampatav pələngi tək Nepalda 200-ə yaxın insanın “dadına baxdıqdan” sonra Hindistan sərhədlərini aşa bilir və insan ovunu davam etdirir. O buna o qədər vərdiş etmişdi ki, çox rahat şəkildə kəndlərə hücum edirdi. Adətən pələnglər təhlükə hiss etdikdə və tək qurbanlara hücum edirlər.
1911-ci ildə bu pələng 16 yaşlı qızı parçaladıqdan sonra insanların səbr kasası daşır və qəzəb qorxuya üstün gəlir. Nəhayətki “insan ovçusu” öldürülür. Çampatav pələngini güllələyən Cim Korbett bu haqda özünün “Kumaon adamyeyənləri” adlı avtobioqrafik əsərində bəhs etmişdir.








