İnsanın öz beyninin yalnızca 10%-dən istifadə etməsi barədə geniş fərziyyələr mövcuddur. Bu fərziyyələrə görə, insanların əksəriyyətinin beyninin 10%-lik hissəsi fəaliyyət göstərir. Həmçinin bəziləri hesab edir ki, hər hansı vasitələrlə beynin fəaliyyətini artırmaq və onun 10%-lik sərhədlərini aşmaq mümkündür.
İntellekti həqiqətən də müxtəlif çalışmalar vasitələrlə inkişaf etdirmək olar. Lakin insanların öz beyinlərinin yalnız müəyyən bir hissəsini istifadə etmələri fikri doğru deyildir. Müasir məlumatlara əsasən beyinin hər bir hissəsinin ayrıca müəyyən olunmuş funksiyaları var və insan beyinin bütün hissələrindən ardıcıl olaraq istifadə edir. Tədqiqatlar gedişində beyinin elə bir hissəsi müəyyən olunmamışdı ki, fəaliyyət göstərməsin.
Beyinin yalnızca 10%-dən istifadə olunması barədə yalan məlumatların bir neçə versiyası mövcuddur.
Bu versiyalardan birinin yaranmasına səbəb Uilyam Ceyms və Boris Sidisin işlərinin nəticəsi ola bilər. 1890-cı ildə onlar uşağın sürətli inkişafı nəzəriyyələri üzərində tədqiqatlar aparırlar və bu uşağın İQ səviyyəsi 250-300 idi. Uilyam Sidisin sözlərinə görə insanlar öz beyinlərini bütünlüklə istifadə etmirlər. İkinci versiyanın isə yaranmasına səbəb XIX əsrin sonu, XX əsrin əvvəllərində aparılan neyro-bioloji tədqiqatlar səbəb ola bilər.