16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

İnsan Resursları Departamentinə – Təcrübəçi – DəmirBank ASC

DəmirBank ASC İnsan Resursları Departamentində Mükafatlar və Motivasiya tədbirləri şöbəsi üzrə təcrübəçilərin seçim prosesinə dəvət edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

• Bankın işçilərinin avanslarının və aylıq əmək haqqının hesablanması, davamiyyət tabellərinin göndərilməsinin və SAP sistemində qeydiyyata alınmasının öyrənilməsi;
• Davamiyyət məlumatlarının bank proqramına daxil edilməsi qaydaları ilə tanış olma;
• Əmək haqqı ilə bağlı SAP sistemində bütün məlumatların daxil edilməsinin öyrənilməsi;
• Ezamiyyə ödənişlərinin hesablanması, işçilərə müəyyən dövr üçün əmək haqqı çıxarışları barədə arayışların hazırlanmasında iştirak etmə;
• Ödənilən əmək haqqı və digər ödənişlərlə bağlı qanunvericilik barədə məlumatlanma.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadiyyat, tətbiqi riyaziyyat, mühasibat uçotu, maliyyə);
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Komandada işləmək bacarığına sahib olmalı;
• Yüksək analitik düşünmə qabiliyyətinə malik olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 31 avqust 2016-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan Resursları Departamentinə – Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər